Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 18:00
Daşkəsəndə meyiti tapılan kişinin kimliyi məlum olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dekabrın 21-də rayonun Bayan kəndi ərazisində naməlum kişi meyiti aşkarlanıb.
Məlum olub ki, meyit Şəmkir rayonu, Çıraqlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Abdullayev Qurban Oruc oğluna aiddir.
Q.Abdullayev baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş, Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayan 1962-ci il təvəllüdlü Mehdiyev Elbrus Cumalı oğlu tutularaq adiyyəti üzrə istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, Q.Abdullayevin meyiti bir neçə gün əvvəl dəmir yolu yaxınlığında tapılmışdı.