Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 08:04
Telefon şüalarının gözlərimiz üçün ziyanlı olduğunu bir çoxlarımız bilirik, lakin zamanəmidə smartfonsuz yaşamaq təsəvvürolunmazdır.
Sonxeber.net chip.az-a istinadən bildirir ki, tibb elmləri namizədi, oftalmoloq Tatyana Pavlova cib telefonundan tez-tez istifadə edənlərə gözləri qorumaq üçün məsləhətlərini verib.
Mütəxəssisin fikrincə, görmə qabiliyyətinin zəifləməsinin əsas səbəbi smartfona yaxın məsafədən baxmaq, düzgün olmayan işıqlandırma və ya səhv pozasıdır.
Smartfonunuzu nə qədər müddətdə istifadə edə biləcəyinizi bilmək üçün vaxtında oftalmoloqlara müraciət etmək lazımdır. Gözü zəif olanlar gözlərini yükləməməlidir və qacetlərindən uzaq yerdə yatmalıdırlar. Bunun başqa müalicəsi yoxdur.