Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 09:42
Bakı. Trend:
Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dövlətinin yaradıcısı Mao Tszedunun anadan olmasının 126-cı ildönümünə həsr olunmuş "Çində ictimai-siyasi fikir" elmi-tələbə seminarı keçirilib.
Trend-in məlumatına görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Mao Tszedunun inqilabi dövrünün dövlət quruculuğu və iqtisadi islahatlar üçün möhkəm əsas yaratmağa imkan verdiyini deyərək, ÇXR-in uğurlu uzunmüddətli inkişafı üçün Mao Tszedunun balanslaşdırılmış iqtisadi artım və sosial bərabərlik ideyalarının aktual olduğunu vurğulayıb. Seminarda çıxış edən ADU-nun tələbələri Mao Tszedunun fəlsəfi və sosial-siyasi baxışları, Çinin ənənəvi siyasi təlimlərinin Mao Tszedunun nəzəri əsərlərinə təsiri və onun "üç dünya" konsepsiyasının tarixi mənbələrindən danışıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin