Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Deykə növbəti mükafat

Van Deykə növbəti mükafat

Tarix: 12 May 2019 16:36

İngiltərə Premyer Liqası rəsmi "Tvitter" səhifəsi vasitəsi ilə ölkə çempionatında bu mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.az-ın məlumatına görə,  azarkeşlər, Premyer Liqanın 20 klubunun kapitanları və futbol ekspertləri arasında aparılan səsvermənin yekun nəticəsinə əsasən, "Liverpul"un müdafiəçisi Vircil Van Deyk ən yaxşı oyunçu seçilib. O, səsvermədə Eden Hazard ("Çelsi"), Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Bernardu Silva və Rahim Sterlinqi (hər ikisi "Mançester Siti") qabaqlayıb.

Qeyd edək ki, Van Deyk bundan əvvəl Peşəkar Futbolçular Assosiasiyasının versiyasına əsasən, bu mövsümün ən yaxşı futbolçusu seçilmişdi.

 


Etiketlər:  Van Deykə növbəti mükafat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ