Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 12:36
"Bavariya"nın və Polşa millisinin futbolçusu Robert Levandovski 2019-cu ilin ən yaxşı bombardiri olub.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilin əvvəlindən klub və yığma səviyyəsində üst-üstə 59 oyuna 59 qol vurub.
İkinci yerdə "Barselona"nın və Argentina millisinin forvardı Lionel Messi qərarlaşıb. O, 58 matçda 50 dəfə fərqlənib. "Üçlüy"ü PSJ-nin fransalı qolçusu Kilian Mbappe qapayıb. Mbappe 49 qarşılaşmada rəqib qapılarına 44 dəfə yol tapıb.