Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu təqvim cinayətdir'' - Klopp

''Bu təqvim cinayətdir'' - Klopp

Tarix: 26 Dekabr 2019 12:50

"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının təqvimini tənqid edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bəzi komandaların yeni il öncəsi 48 saatda 2 matç oynamağını düzgün hesab etməyib: "Bu təqvim cinayətdir. Bu, doğru deyil. Biz yeni il öncəsi ayın 26-ı və 29-u oynayacağıq və bu, bizim üçün tətil kimi olacaq. Bunun belə olmamalı olduğunu söyləyənləri anlayıram. Bəzi komandaların 48 saatdan çox vaxtda iki ayrı Premyer Liqa matçı oynamağına qarşı olacaq heç bir səbəb yoxdur".

Klopp eyni zamanda edilən şikayətlərə məhəl qoyulmadığını söyləyib: "Biz nə istədiyimizi söyləyə bilərik, amma kimsə bizi dinləmir. Hər il bəzi komandalar 26 və 29 dekabrda oyuna çıxır. İdman elmi  belə bu cür vəziyyətdə sizə kömək edə bilmir. Çünki orqanizmin yaxşı işləməsi üçün müəyyən vaxta ehtiyac olur. Bu elmdir. Amma biz buna belə məhəl qoymuruq".


 

 


Etiketlər:  təqvim cinayətdir Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ