Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Superliqa klubunda baş məşqçi istefası

Superliqa klubunda baş məşqçi istefası

Tarix: 26 Dekabr 2019 14:58

Türkiyə Superliqa təmsilçisi "Kayserispor" baş məşqçisi Bülent Uygunla yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, B.Uygun oktyabrın 30-dan Kayseri təmsilçisini çalışdırıdı. Onun rəhbərliyi altında komanda ölkə çempionatında 7 matçda 2 qələbə qazanıb, 5 məğlubiyyət yaşayıb.

Xatırladaq ki, "Kayserispor" 17 turdan sonra Superliqada 10 xalla sonuncu pillədə qərarlaşıb.

 


Etiketlər:  Superliqa klubunda baş məşqçi istefası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ