Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kirayə pulunu vaxtında verirdilər deyə, onlardan şübhələnməmişdim'' - Şahin Diniyev

''Kirayə pulunu vaxtında verirdilər deyə, onlardan şübhələnməmişdim'' - Şahin Diniyev

Tarix: 26 Dekabr 2019 19:28

Bəli, kirayə verdiyim mənzilin əşyaları icazəm olmadan satılıb.

Sonxeber.net bildirir ki, bu barədə oxu.az-a AFFA Məşqçilər Komitəsinin üzvü, millimizin sabiq baş məşqçisi Şahin Diniyev bildirib. Onun Bakıxanov qəsəbəsində kirayəyə verdiyi mənzilin əşyaları kirayə qalan qadın və onun tanışı tərəfindən elan saytına yerləşdirilərək satılıb. Həmin iki insan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

"Hazırda onlar barəsində istintaq gedir. Təxminən 15 gündür ki, tutulublar. Mənə qohum deyillər, tamam başqa, kənar adama kirayəyə vermişdim. Pulu vaxtı-vaxtında verirdilər deyə, şübhələndiyim bir məqam yox idi. Sadəcə olaraq, bu hadisə bir neçə günün içərisində olub".


Etiketlər:  Kirayə pulunu vaxtında verirdilər deyə onlardan şübhələnməmişdim Şahin Diniyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ