Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sevirəm, amma evlilik düşünmürəm” - Sevgilisini gizlədən Nigar Camal - VİDEO - FOTO

“Sevirəm, amma evlilik düşünmürəm” - Sevgilisini gizlədən Nigar Camal - VİDEO - FOTO

Tarix: 27 Dekabr 2019 13:45

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Nigar Camal olub.

Sonxeber.net bildirir ki, müğənni sevgilisindən ağız dolusu danışıb:

"Aygün Bəylərlə səsləndirdiyim mahnı çox dəyərli bir insana həsr olunmuş mahnıdır. Sevirəm. Sevməsəydim, oturub yazardım?"

"Toy haqqında düşünürsünüzmü" sualına Nigarın cavabı belə olub:

"20 yaşım var ki, oturub toy haqqında düşünüm? O qədər işlərimiz var ki... Uşaq-muşaqdır ki, onu efirə çıxarım? Deyim ki, gəl efirə, səni millət görsün. Bunu etmək, doğurdan da, ağılsızlıq olar. Mən o insana hörmət qoyuram. Heç kim vecimə deyil, hamını bloka atmışam. Gözdən də qorxmalıyam?"

Müğənni qızlarından da söhbət açıb:

"Qızlarım İngiltərədə böyüyürlər. Tamam başqa psixologiyaları var, həyata başqa formada yanaşırlar. Mənim qızlarım kiminləsə xoşbəxt olsalar, desələr ki, ana, mən sevirəm, mənə qarşı hörməti var. Mən heç vaxt yox demərəm. İstəyir İngiltərənin şou-biznesindən, istəyir bizdən olsun, amma ən əsası qızlarım xoşbəxt olsun".


Etiketlər:  Sevirəm amma evlilik düşünmürəm Sevgilisini gizlədən Nigar Camal VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ