Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kirpiciklə Şirinciyin qeyri-adi macəraları'' adlı kitabın 2-ci hissəsinin təqdimatı keçirilib - FOTO

''Kirpiciklə Şirinciyin qeyri-adi macəraları'' adlı kitabın 2-ci hissəsinin təqdimatı keçirilib - FOTO

Tarix: 27 Dekabr 2019 15:50

Ötən gün əməkdar artist, bəstəkar Gövhər Həsənzadənin təşəbbüsü ilə uşaq ədəbiyyatına dəstək olaraq "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "Azərbaycan Yazıçılar Birliyi"nin üzvü və birliyin nəznindəki "Luc" Ədəbiyyat Assosiyasiyasının məsul katibi, "Azərbaycan Rəssamlar İttifaqı"nın üzvü, yazıçı və rəssam Lalə Ümidin rus dilində qələmə aldığı "Kirpiciklə Şirinciyin qeyri-adi macəraları" adlı kitabının 2-ci hissəsinin təqdimatı keçirilib.

Sonxeber.net xəbər verir ki, tədbirin aparıcısı əməkdar artist Gövhər Həsənzadə çıxışında bildirib ki, uşaqlarımıza həsr olunan və onların gələcək həyatına təsir edəcək, o cümlədən uşaqların cəmiyyətimizdə bir vətəndaşlıq borcunu yerinə yetirmək üçün sağlam, məntiqli düşüncədə olmasında, vətənpərvər ruhunda böyüməsində, xüsusiylə, tərbiyələrində böyük rolu olan bu kitab çox gözəl vasitə hesab olunur:

"Bəlkə də dünyada yeganə millətik ki, özümüzdən çox uşaqlarımızın qayığısına qalırıq. Bu mənada ki, Lalə Ümid yaradıcılığı bu gün üçün çox önəmli və lazımlı olan Azərbaycanda dövlətimiz tərəfindən aparılan düzgün siyasətin, qayğı və diqqətin içərisində gedən kiçik bir cizgini özündə ehtiva edir. Hər bir yaradıcı insana ən ağır və məsuliyyətli iş uşaq üçün bir əsər yaratmaqdır. Uşaq psixologiyasını, uşağın düşüncəsini, uşağın dilini və fəlsəfəsini anlamaq uşaqla dialoq qurmaq deməkdir. Musiqi sahəsində böyük bəstəkar Oqtay Zülfüqarovdan sonra ən çox uşaq musiqisinin və mahnılarının yaranması boşluğunu yaşayırıq. Onu da xüsusi qeyd edim ki, uşaq musiqisi yazmaq çox çətindir".

Bu ilin may ayında yazıçının geniş oxucu kütləsinə təqdim edilən və 16 hekayədən ibarət olan "Kirpiciklə Şirinciyin qeyri-adi macəraları" adlı kitabının 1-ci hissəsində iki kirpinin (Kirpicik və Şirincik) sadiq dostluğundan və həmin dostların yaşadıqları meşənin sakinləriylə rastlaşdığı maraqlı hadisələrdən bəhs edilən kitabdan danışan G.Həsənzadə, uşaq auditoriyası üçün nəzərdə tutulan kitabda tərbiyəvi, maarifləndirici və elmi informasiyalar yer aldığını deyib:

"Kitabın birinci hissəsində Kirpiciklə Şirinciyin tanışlığından və bu tanışlıqdan başlarına gələn qeyri-adi macəralardan danışılırdısa, ikinci kitabda isə hadisələrin davamı və yeni dostlarla tanış olmaqlarından bəhs edilir. Eynilə bu kitabda da birinci hissədə olduğu kimi tərbiyəvi, maarifləndirici və elmi informasiyalar sadə üslubda yazılıb. Kitab 23 hekayədən ibarətdir.

Hər iki kitabın tərtibatında yazıçı Lalə Ümidin 14 yaşlı oğlu Ümid Bağırlının da xüsusi yeri var. Belə ki, kitabda dərc olunan şəkillər və bəzi hekayələr Ümid Bağırlıya məxsusdur. Düşünürəm ki, Lalə xanım bu məsuliyyətli işi boynuna götürməklə, bir azərbaycanlı yeniyetməmiz üçün öz imkanları daxilində bir cığır açıb və gələcək yaradıcılığna müsbət təsir edir. Ümid Bağırlı biri-birindən maraqlı illüstrasiyaların, xüsusi ilə kitabda yer alan şəkillərin müəllifi kimi "Kirpicik" və "Şirincik" adlarının Azərbaycan və dünya üçün yeni brend olacağına və çox geniş auditoritya qazanacağına  ümid edirəm. Bunun Vətənimiz üçün öz müsbət töhfəsini verəcəyinə də inanıram".

Daha sonra tədbirdə çıxış edən yazıçı və rəssam Lalə Ümid söyləyib ki, əslində böyüklər üçün hekayələr yazmasına baxmayaraq, uşaq ədəbiyyatına gerçək həyatda yaşadıqları maraqlı hadisələrə əsaslanaraq müraciət edib:


Etiketlər:  Kirpiciklə Şirinciyin qeyri macəraları adlı kitabın hissəsinin təqdimatı keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ