Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 16:33
Bakı. Trend:
Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən “Yeni il” ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 25-dək paytaxtın Qaradağ, Nəsimi, Sabunçu, Xəzər və Abşeron rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən ümumilikdə 17 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin