Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - ''Azərsu'' Sabunçuda genişmiqyaslı işlərə başlayıb (FOTO)

Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - ''Azərsu'' Sabunçuda genişmiqyaslı işlərə başlayıb (FOTO)

Tarix: 27 Dekabr 2019 17:32

Bakı. Samir Əli - Trend:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

ASC-dən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin “Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Sabunçu rayonunda yeni layihələrin icrasına başlanılıb.

Sərəncama əsasən, Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Hazırda Ramana və Zabrat qəsəbələrində icra olunan layihələr çərçivəsində tikinti-quraşdırma işləri davam etdirilir. Pirşağı və Maştağa qəsəbələrində isə layihələrin icrasına hazırlıq görülür.

Ramana qəsəbəsində icra olunan layihə Ramana kəndi adlanan ərazini əhatə edir. Bu ərazidə bir neçə il öncə içməli su şəbəkəsi yaradılıb və sakinlər mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Lakin qəsəbə ərazisində kanalizasiya şəbəkəsi mövcud olmadığında tulantı suları açıq kanallara və şambolara axıdılıb. Sakinlərin bu sahədəki probleminin aradan qaldırılması məqsədilə layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb.

Yeni layihə çərçivəsində qəsəbə ərazisində müxtəlif diametrli borularla 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir. Şəbəkə üzərində 600-dək kanalizasiya baxış quyusu tikiləcək və yeni şəbəkədən abonentlərə birləşmə veriləcək.

Tikinti-quraşdırma işlərinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bu layihələr qəsəbə sakinlərinin dayanıqlı içməli su ilə təmin olunmasına, həçminin tullantı sularının axıdılmasında yaranan problemlərin aradan qaldırılmasına imkan yaradacaq. Layihənin icra olunduğu ərazilərdə yol infrastrukturlarının yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev “Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələrində yeni layihələr həyata keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir - Ramanada 14 km uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir -


Etiketlər:  Ramanada uzunluğunda kanalizasiya şəbəkəsi inşa edilir Azərsu Sabunçuda genişmiqyaslı işlərə başlayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ