Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərman vasitələrinin ekspertizasının aparılması qaydası təsdiqlənib

Dərman vasitələrinin ekspertizasının aparılması qaydası təsdiqlənib

Tarix: 27 Dekabr 2019 20:00

Baş nazir Əli Əsədov "Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dərman vasitələrinin ekspertizasının aparılması Qaydası dərman vasitələrinin dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanmışdır və ölkə ərazisinə idxalı zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında dərman vasitələrinin ekspertizasının aparılmasının icra mexanizmini tənzimləyir.

Dərman vasitələrinin ekspertizasının aparılması qaydasının qeydiyyat qaydalarından ayrılıqda müəyyən olunması bu sahədəki qeyri-müəyyənliyin aradan qaldırılmasına şərait yaradacaqdır. Eyni zamanda, dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin müəyyən edilməsi məqsədilə onların ekspertizasının aparılması bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına imkan yaradacaq və əhalinin sağlamlığının təmin edilməsinə xidmət edəcəkdir.


Etiketlər:  Dərman vasitələrinin ekspertizasının aparılması qaydası təsdiqlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ