Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 09:08
Bakı. Trend:
AccessBank-da uğurlu karyera qurmaq arzusundasınız? Yüksəkixtisaslı kadra və öz sahənizin mütəxəssisinə çevrilmək istəyirsiniz? O zaman "Access Bankirlər Məktəbi"nin yeni mövsümünə qatılmaq şansını qaçırmayın!
12 həftə davam edəcək layihənin məqsədi yüksək potensiala malik gənclərin peşəkar addımlarını atmaqda dəstək olmaqdır.
Layihə çərçivəsində iştirakçılar bankın baş ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq.
Namizədlərə qarşı tələblər:
• Ən azı bakalavr dərəcəsi
• Komandada işləmək bacarığı
• Analitik təfəkkür
• AccessBank-da karyera qurmaq istəyi
• Bankın regional filiallarında işləmək istəyi və imkanı
• Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir
• İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir.
Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:
• Unikal peşəkar inkişaf imkanı
• Təlim müddətində zəmanətli əməkhaqqı
• Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı
• Bankımızda karyera yüksəlişi
"Access Bankirlər Məktəbi"nə müraciət etmək üçün 31 yanvar 2020-ci il tarixinədək qeydiyyatdan keçə bilərsiniz. Növbəti 3 həftə ərzində namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin