Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 14:00
Bakı. İlhamə İsabalayeva -Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən illik ümumi yığıncağında Akademiyaya birinci vitse-prezidentlər seçilib.
Trend-in məlumatına görə, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması qərara alınıb.
Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik Isa Həbibbəyli, təbiət elmləri və dəqiq elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik İbrahim Quliyev seçilib.
Hesablama Komissiyasının sədri Urxan Ələkbərov səsvermədə heç kəsin namizədin əleyhinə səs vermədiyini söyləyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin