Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdı - FOTO

Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdı - FOTO

Tarix: 28 Dekabr 2019 21:16

Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb. Bununla da, 2019-cu ildə qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib. Dövlət proqramı əsasında icra olunan işlərin yekunu olaraq qəsəbədə 109 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  ümumilikdə 8607 m uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.

Qeyd edək ki, 2019-cu ildə respublikanın regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib. Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb.


Etiketlər:  Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ