Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın 7 yaşlı MESSİsi - Etdiyini görənlər MƏƏTTƏL QALIR - VİDEO - FOTO

Azərbaycanın 7 yaşlı MESSİsi - Etdiyini görənlər MƏƏTTƏL QALIR - VİDEO - FOTO

Tarix: 29 Dekabr 2019 16:54

Bakıda doğulan Kamran Babazadənin futbol meydançasında etdiklərini gördükdə onun 7 yox, yaşının daha çox olduğu barədə fikirləşirlər.

7 yaşlı istedadın atası Rəşad Babazadə Milli.Az-a gələcəyin potensial ulduzu ilə bağlı bir neçə planları barədə danışıb:

"İnanın ki, öz oğlumdur deyə demirəm, bu ölkədə Kamran kimi istedadlı, Allah vergisi olan çox uşaq var.

Ancaq fikir verirəm, məsələn mənim dostluğumda danışanda ağzına çullu dovşan sığmayan nə qədər futbol adamı var, hələ bir dəfə görmədim ki, kimsə paylaşılan videolara adi bir münasibət bildirsin. Ehtiyac yoxdur əslində, ancaq Azərbaycan futbolunun bugünündən durmadan yazanlar arada itib batan, yoxa çıxan istedadları axtarıb tapıb ictimailəşdirmirlər və hətta cəsarət edib "Azərbaycanda material yoxdur" sərsəmləməsini edirlər, güya "olan iş deyil" havasını yaradırlar.

Azərbaycanda istedadlı uşaqlar çoxdur, biri də bizim Kamran, sadəcə 7 yaşı var. Demirəm Messidir, Hazarddır, Salahdır nədir. Ancaq fundamental futbol sistemi olsa, maraqlansalar, Kamran Messinin, Hazardın, Grizmanın 9-10 yaşlarında elədiklərini indi edir. Kamran 04.09.2012 Bakı doğumludur. Düz 1,7 yaşından topladır. Kamranın xasiyyət və intizam barədə də qeyri-adilikləri çoxdur. Aşırı dərəcədə intizamlıdır, yəni özünü uşaq kimi aparmır - İstər məşqdə, ya evdə ya bayırda. Evə bağlı tipi var. Getdiyi yerdə çox qalmaz. Məşqlərdə arafasilələrdə hərə bir yana dağılar - Müəllim ona qışqırır, buna qışqırır, uşaqları toplamağa çalışır, amma Kamranı müəllimin ayağının dibində görürsən bitib. Bir fit bəs edir. Dəfələrlə demişəm ki, biraz dağınıq ol, uşaq kimi ol, nə bilim e, dombalaq aş, sən də həmyaşıdların kimi çılğınlıq elə. Amma kimə deyirsən, çox aşırı intizamlıdır. Bəlkə də belə daha doğrudur. Meydanda qorxmazdır, çılğındır. Uşaqları eledikləri ilə əsəbiləşdirir.

Yerli və xarici məşqçilərin isə ən çox təəccübləndikləri məsələ isə bu yaşda olan uşağın bu qədər texniki hərəkətlər zamanı çox vacib olan kondisiyasını, bədən kontrolunu böyük futbolçulara xas, ayaqda saxlaya bilməsidir. Normalda yıxılmalıdır, sürüşməlidir, ayağı dolaşmalıdır və s.


Etiketlər:  Azərbaycanın 7 yaşlı MESSİsi Etdiyini görənlər MƏƏTTƏL QALIR VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ