Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Oğlum deyir, ata, bir neçə il gözlə, səninlə oynamaq istəyirəm” - Ronaldu

“Oğlum deyir, ata, bir neçə il gözlə, səninlə oynamaq istəyirəm” - Ronaldu

Tarix: 29 Dekabr 2019 19:20

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo gələcək karyerası haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu "Globo Esporte"yə açıqlamasında hələlik futboldan getmək barədə düşünmədiyini deyib:

"Mənim oynamaq üçün qarşıda bir neçə ilim var. Mən uşaqlarıma mütləq nümunə olmalıyam. Əsas da Kriştiano üçün. O, bəzən mənə deyir ki, ata, bir neçə il gözlə, səninlə oynamaq istəyirəm. Düşünürəm ki, bunu bacarmaq çətindir. Ancaq mən hazırda futboldan zövq alıram".

Qeyd edək ki, Ronaldu bu mövsüm A Seriyasında 14 oyuna 10 qol vurub.


Etiketlər:  Oğlum deyir ata bir neçə il gözlə səninlə oynamaq istəyirəm Ronaldu


RƏYLƏR