Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karlsen Rapid üzrə dünya çempionu olub

Karlsen Rapid üzrə dünya çempionu olub

Tarix: 29 Dekabr 2019 19:50

Rusiyanın paytaxtı Moskvada Rapid üzrə Dünya Çempionatı ("King Salman World Cup") başa çatıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Rapid yarışının sonunda şahmat həvəskarları norveçli Maqnus Karlsenin möhtəşəm qələbəsinin şahidi olublar. Maqnus 11.5 xalla 3-cü dəfə Rapid üzrə Dünya Çempionu adını qazanıb.

İkinci yeri Maqnusdan 1 xal toplayan eks-iranl Alirza Firuja tutub. Xatırladaq ki, Alirza Firuja dünya çempionatından bir neçə gün əvəl İran bayrağı altında çıxış etməkdən imtina etmişdi və o DÇ-da FİDE bayrağı altında çıxış etdi.

Üçüncü yerin sahibi isə amerikalı Hikaru Nakamura olub.

Təmsilçilərimizə gəlincə, ötənilki DÇ-ın gümüş mükafatçısı Şəhriyar Məmmədyarov 9.5 xalla 12-ci, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli 9 xalla 28-49-cu yerləri bölüşüblər. Gənc istedadlarımız çempionatı Aydın Süleymanlı 7 xalla 121-ci, Namiq Quliyev isə yarışı 137-ci pillədə bitiriblər.


Etiketlər:  Karlsen Rapid üzrə dünya çempionu olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ