Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2019 15:04
Bakı. Trend:
LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI" layihəsinin I turuna yekun vurulub.
Trend-in məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin 96-cı il dönümünə və Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş olimpiadanın I turu sonuncu mərhələsində Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Avrasiya Universitetinin tələbələri biliklərini yoxlayıblar.
Layihənin reqlamentinə əsasən ilk turda tələbələr fərdi şəkildə yarışaraq, 100 dəqiqə ərzində IQ, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırıblar. Layihənin I turunda 23 universitetdən 10253 nəfər tələbə iştirak edib. Bu həftə həmin tələbələrdən ən yüksək nəticə göstərən 400 nəfərin adına aydınlıq gələcək. Olimpiadanın cavabları növbəti həftə açıqlanacaq.
Olimpiadanın BDU mərhələsində gözdən əlil tələbə iştirak edib. Belə ki, BDU tələbəsi Əlirza Məmmədov gözlərinin görməməsinə baxmayaraq turnirdə iştirak edib. Olimpiadanın könüllüsü Elmira Ləzgiyevanın köməkliyi ilə iştirakçı olimpiadanın 50 sualını cavablandırıb, hətta sonda qalib olacağını da bildirib. Video materialda görüntüləri görə bilərsiniz.
Bildirək ki, Final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən 100-dək tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:
“Baku Elektroniks”dən Notebook, planşet, fotoaparat;
“İrşad Telekom”dan HONOR smartfonu və 20 ədəd HONOR band smart saatı;
“İSMA Bike”dan 2 ədəd İSMA Bike velosipedi;
“Bizon”dan iştirak edən hər kəsə enerji içkiləri;
“Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi;
“Nizami Kino Mərkəzi”ndən ən baxımlı filmlərə 20 ədəd bilet;
Tanınmış brendərdən endirim kuponları və digər tərəfdaşlarımızdan çoxlu hədiyyələr...
Tələbələrarası İntellekt Olimpiadasının cavabları bir həftə ərzində məlum olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin