Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 10:30
"Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması Qaydası"ı təsdiq edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov tərəfindən təsdiq edilən Qaydalara əsasən, Dövlət Gerbinin təsviri "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsi ilə müəyyən edilən binalarda yerləşdirilərkən, birmərtəbəli və çoxmərtəbəli binaların memarlıq xüsusiyyətləri aşağıdakı qaydada nəzərə alınmalıdır:
Birmərtəbəli binada Dövlət Gerbinin təsviri (diametri 0,5 metr olmaqla) binanın əsas girişi tərəfindən örtük səviyyəsində və ya frontonunda və ya binanın giriş günlüyünün üzərində yerləşdirilir;
hündürlüyü 20 metrədək olan iki, üç, dörd, beş mərtəbəli binalarda Dövlət Gerbinin təsviri binanın sonuncu mərtəbəsinin örtük səviyyəsində və ya frontonunda (diametri 1 metrdən 1,5 metrədək) və ya binanın giriş günlüyünün və ya giriş portalın üzərində (diametri 0,5 metr olmaqla) yerləşdirilir;