Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli parklarda açıq dərslər təşkil ediləcək

Milli parklarda açıq dərslər təşkil ediləcək

Tarix: 30 Dekabr 2019 13:57

Bakı. İlhamə İsabalayeva -Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə orta məktəb şagirdləri üçün milli parklarda ekoloji maarifləndirmə tədbirləri çərçivəsində açıq dərslər təşkil etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ. İbrahimova deyib ki, açıq dərslərin ölkə ərazisindəki bütün milli parklarda təşkili nəzərdə tutulub: “Şagirdlər məktəblərinə yaxın olan milli parklarda açıq dərslərdə iştirak edə bilərlər”.

Mətbuat sözçüsü qeyd edib ki, açıq dərslərin gələn ilin yanvar ayından başlayaraq il ərzində mütəmadi təşkil edilməsi gözlənilir: “Bu açıq dərslərə mətbuat nümayəndələrinin də dəvət olunacaq. Bununla yanaşı, valideyn himayəsindən məhrum olan uşaqların da milli parklara səfərini təşkil etməyi nəzərdə tuturuq. Bu tədbirlərin keçirilməsində məqsəd uşaqları milli parklarla tanış etmək, onlarda uşaq yaşlarından təbiətə sevgi hissi formalaşdırmaqdır”.

Nazirlik rəsmisi onu da bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron ərazilərində yaşıllıqların olmadığı yaşayış binalarının həyətlərində sakinlərin iştirakı ilə aksiya keçirməyi planlaşdırır: “Ağacəkmə aksiyalarının keçiriləcəyi ərazilər rayon icra hakimiyyətləri ilə birgə müəyyən ediləcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Milli parklarda açıq dərslər təşkil ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ