Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Simona Baylz və Lionel Messi ilin idmançıları seçiliblər

Simona Baylz və Lionel Messi ilin idmançıları seçiliblər

Tarix: 31 Dekabr 2019 09:12

Lionel Messi - "Barselona" klubunun və Argentina millisinin hücumçusu, İdman Mətbuatı Beynəlxalq Assosiasiyasının (AIPS) tərəfindən kişilər arasında 2019-cu ilin idmançısı seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Messi dünyanın 102 ölkəsindən 331 jurnalistin iştirakı ilə keçirilən səsvermədə 13,11 fayız səs toplayaraq birinci yerdə qərarlaşıb. İkinci yeri 12,01 fayızla Eliud Kipçoge, üçüncü yeri isə 9,38 fayızla İspaniyalı tenisçi Rafael Nadal tutblar.

Qadınlar arasında birinci yeri 15,04 fayızla gimnast Simona Baylz tutub. İkinci və üçüncü yerləri isə amerika futbolçusu Meqan Rapino (13,51%) və Yamaykalı yüngül atletika idmançısı Şelli-Enn Freyzer tutublar.


Etiketlər:  Simona Baylz Lionel Messi ilin idmançıları seçiliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ