Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 10:44
TREND Beynəlxalq İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni - 2020-ci il münasibətilə sizi təbrik edir!
Başa çatmaqda olan 2019-cu ilin son və qarşıdan gələn 2020-cu ilin ilk günlərində bu sözlər hələ çox səslənəcək və ətrafda hər şey yeni, işıqlı, şən və xeyirxah ab-hava ilə əhatə olunacaq. Köhnə ildən yeni ilə keçərkən hamımız, belə demək mümkünsə, qeyri-adi və sehirli hisslər yaşayırıq. Yeni il ərəfəsində gözəl paytaxtımız isə nağıllar şəhərinə çevrilir və çoxsaylı işıqları ilə daha cəlbedici olur.
Agentliyin kollektivi daimi və yeni - bütün oxucularına növbəti ildə xoş hadisələr, uğurlar, yeni perspektivlər, həmçinin şən əhvali-ruhiyyə diləyir!
Arzu edirik ki, bayram evinizə səadət gətirsin, qəlblərinizi sevgi və nura qərq etsin, xeyirxahlıq və məhəbbət hər zaman qalib gəlsin!
2020-cu ildə ölkəmizə sülh, çiçəklənmə və uğurlar arzulayırıq!
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikində vurğulayıb:
"Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.