Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 14:56
Birləşmiş Ərəb Əmirliklərinin "Emirates Airlines" şirkətini 30 ildən çox müddət ərzində dünyanın ən hava yolu böyük şirkətlərindən birinə çevirən Tim Clark İyun ayında təqaüdə çıxmağa hazırlaşır.
Sonxeber.net marja.az-a istinadən bildirir ki, 70 yaşındakı Clark, dövlətə aid şirkətə qurucu İdarə Heyətinin üzvü olaraq 1985-ci ildə qatılıb və 18 il sonra isə şirkətin "sükanı" arxasına keçib. Clark rəhbər olduğu dövrdə, Asia-Pasifik, ABŞ, Avropa və Afrika arası uzun məsafə səyahətlər üçün Dubayı bir ana mərkəz olaraq istifadə edərək, "Emirates"i qlobal bir şirkətə çevirib.
Clark zamana uyğunlaşmaq məcburiyyətində qalıb. Şirkət kiçik təyyarələrin uzun yol qət edə bilməməsi, ucuz hava yollarının zamanla qitələrarası yollarda uca bilməyə başlamaları təhdidləri ilə qarşı-qarşıya qalmışdı. Clark "yaxınlaşan fırtına" olaraq adlandırdığı bu təhdidələrə qarşı "Emirates"i, qitələrarası əməliyyatlarını artıraraq, yenə Dubaya aid "Flydubai" kimi ucuz hava yolları ilə əlaqələrini qüvvətləndirərək qoruyub.