Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 16:12
YouTube kriptovalyuta mövzusuna aid olan kanalları servisin reklam siyasətini pozduğuna görə blok etməyə başlayıb. 31.500-dən 210.000-nə qədər abunəçisi olan Chris Dunn, Chico Crypto, The Cryptoverse, Crypto Tips və BTC Sessions kimi kriptovalyuta bloqqerləri YouTube kanallarının blok edildiyini açıqlayıblar. Bu hadisələrdən sonra, kriptovalyuta cəmiyyətinin nümayəndələri bloqqerlərə fəaliyyətlərini daha az mərkəzləşdirilmiş və daha çox senzurya davamlı platformalara (Dtube, Steemit, Bitchute, Bittube, Dlive, Flote) köçürməyi təklif edirlər.