Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 00:04
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo mövsümün sonunda müqaviləsi bitəcək Kristian Eriksenin gələcəyi barədə danışıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis danimarkalı futbolçunun qərar verdiyini bildirib:
"Onunla üz-üzə əyləşib, dürüst şəkildə söhbət elədik. Danışıq zamanı bir-birimizə güvəndik. Onun nə qərar verdiyini artıq bilirəm, amma bunu söyləyə bilmərəm.
Onun gələcəyi barədə açıqlamanı verən ilk şəxs mən olmamalıyam. Bu, onun özü şəxsi işləridir. Axı biz bir-birimiz güvənərək söhbət elədik".