Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahimoviçin təqdimat tarixi bilindi

İbrahimoviçin təqdimat tarixi bilindi

Tarix: 1 Yanvar 2020 01:30

Zlatan İbrahimoviçin "Milan"da rəsmi təqdimatı 2020-ci ilin 3 yanvarında yerli vaxtla saat 10:00-da olacaq.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "rossoneri" ilə hücumçunun razılaşması 2019/20 mövsümünün sonuna kimi nəzərdə tutulub. Razılaşmanın daha bir mövsüm də uzadılması mümkündür.

Yanvarın 2-də 38 yaşlı isveçli tibbi müayinədən keçmək üçün Milana gələcək.

Xatırladaq ki, İbrahimoviç "Milan"da 2010-cu ildən 2012-ci ilə qədər çıxış edib. Hücumçu "qırmızı-qaralar"la birlikdə İtaliya A seriyasının çempionu olub və İtaliyanın Superkubokunu qazanıb. O, klubda keçirdiyi 85 matçda 56 qol vurub.


Etiketlər:  İbrahimoviçin təqdimat tarixi bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ