Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 14:52
FİDE yeni ilin ilk reytinq cədvəlini açıqlayıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, yanvar üçün müəyyənləşən siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.
Onlardan 5-i kişi qrossmeysterdir. Milli üzvlərindən ən yaxşı göstərici yenə Şəhriyar Məmmədyarova məxsusdur. 2770 xala malik 35 yaşlı qrossmeyster ötən ayla müqayisədə 1 pillə geriləyib və 8-ci yerə enib.
Teymur Rəcəbov da komanda yoldaşı kimi mövqeyini əldən verib. O, 2765 xalla 10-cu pilləni 11-ə dəyişib.
6 pillə irəliləyərək, 71-ci yerə qalxan Nicat Abasov 2668 xala malikdir. Digər milli üzvü Qədir Hüseynov (2666) 3 rəqibini özündən irəli buraxmaqla, 74-cü yerdədir. Rauf Məmmədov (2659) isə "100-lüy"də 85-cidir. O, 4 pillə irəliləyib.
Bu siyahıda Maqnus Karlsen (Norveç, 2872) birinci, Fabiano Karuana (ABŞ, 2822) ikinci, Dinq Liren (Çin, 2805) üçüncüdür.