Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə pensiyaçıların bütün kredit borcları silinəcək

Bu ölkədə pensiyaçıların bütün kredit borcları silinəcək

Tarix: 1 Yanvar 2020 20:42

Ölkə başçısının rəhbərlik etdiyi Monqolustan Milli Təhlükəsizlik Şurası, ölkədəki pensiyaçıların bütün kredit borclarını silinməsinə qərar verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Monqolustan Prezidenti Xaltmaa Battulqa qərarı 31 dekabr media vasitəsilə xalqına Yeni il təbriklərini çatdırarkən elan edib.

Ölkə Prezidenti deyib: "Monqolustan Milli Təhlükəsizlik Şurasının pensiyaçılara kömək məqsədi ilə kredit borclarının silinməsi barədə qərarı sizlərə çatdırmağa çox xöşbəxtəm..."

Monqolustanda pensiya alan 380 mindən çox yaşlı və statistikaya görə, yarısından çoxunun kredit borcları var.


Etiketlər:  ölkədə pensiyaçıların bütün kredit borcları silinəcək


RƏYLƏR