Tarix: 2 Yanvar 2020 11:30
Unay Emerinin vaxtında əsas heyətdən kənarda qalan “Arsenal”ın futbolçusu Məsut Özil Premyer Liqanın 21-ci turunda “Mançester Yunayted”lə dünənki oyunda inamlı çıxışı ilə yadda qalıb.
Qol.az xəbər verir ki, yeni baş məşqçi Mikel Arteta almaniyalı yarımmüdafiəçiyə 90 dəqiqə oynamaq şansı verib. O, isə bu etimadı doğruldub.
“Mançester Yunayted”in əfsanəvi oyunçuların olmuş Rio Ferdinant “Bt Sport”da "Arsenal"ın 2:0 hesab ilə qalib gəldiyi matçı şərh edərkən Özil haqda müsbət fikirlər səsləndirib. “Məsut Özilin 18 ayda ilk dəfə güldüyünü gördüm” – deyə o bildirib. “Arsenal”ın keçmiş müdafiəçisi Martin Keovn isə “O artıq geri döndü” şərhini verib.
Qeyd edək ki, Özillə 37 yaşlı baş məşqçisi Arteta 3 il “Arsenal”da birgə çıxış ediblər.