Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 20:20
Alman avtomobil nəhəngi BMW yeni elektrokarının təqdimatına hazırlaşır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, tezliklə BMW i6-nın əsasında hazırlanan innovasiya avtomobilinin buraxılmasına başlanılacaq. Artıq gələn ilin əvvəlinə istehsalçı bu yeni məhsulun buraxılışına hazır olacaq. Bəzi mütəxəssislər hazırlanan yeniliyin Audi e-tron GT, Mercedes EQS və Porsche Taycan elektrik modelləri ilə ciddi rəqabət apara biləcəyini proqnozlaşdırırlar.
İstehsalçılar elektrokarda ümumi qüvvəsi 536 at gücü olan iki aqreqat yerləşdiriblər. Elektrik dartmasında hərəkət ehtiyatının 560 kilometrə qədər çatacağı göstərilir. Gələcəkdə gücləndirilmiş akkumulyatora və artırılmış gediş ehtiyatına malik daha məhsuldar versiyalar da peyda ola bilər.