Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 21:52
Hyundai Tucson-un yenilənmiş krossoverinin ilk dəfə olaraq qoruyucu kamuflyajdan istifadə edilmədən çəkilmiş fotoları internet şəbəkədə əlçatan olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, ekspertlər yeniliyin oxşar baş optikası, arxa işıqları və bir sıra digər detallarında əvvəllər nümayiş etdirilmiş Hyundai Palisade krossoveri ilə üslubun təkrarlanmasını aşkar ediblər. Lakin yeni Tucson krossoverini radiator barmaqlıqları və bamperlərin formasından tanımaq olar. Yolsuzluq avtomobili müasir modellərdə tez-tez istifadə olunan aqressiv icra alacaq.
Xatırladaq ki, Tucson krossoverinin kapotunun altında 2,5 litrlik benzin aqreqatı quraşdırılacaq, lakin onun gücü hələlik göstərilmir. Modelin üstünlükləri arasında 8 pilləli avtomatik transmissiya göstərilir. Yeniliyin buraxılması ilə ABŞ-dakı zavodda məşğul olacaqlar.