Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin işçi qüvvəsinin 5 faizi robotlar olacaq

Çinin işçi qüvvəsinin 5 faizi robotlar olacaq

Tarix: 2 Yanvar 2020 23:12

Vuhan Universiteti Keyfiyyət İnkişaf Strategiyası İnstitutu tərəfindən edilən yeni bir araşdırmaya görə, növbəti beş ildə maşın və robot texnologiyası Çin işçilərinin təxminən 5 faizini təmsil edəcək.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, 2 min Çin şirkətini araşdıran institutun nəticələrinə görə, 2008-ci ildə 12 faiz təşkil edən robotların istifadəsi, 2018-ci ildə 38 faizə yüksəlib. Belə olduğu təqdirdə 2025-ci ildə Çinin işçi qüvvəsinin 5 faizi tamamilə robotlardan ibarət olacaq. 2015-2017 illər arasındakı məlumata görə, yalnız ibtidai və orta məktəb təhsili olan işçilərin 9,4 faizi işdən çıxarılaraq robotlarla əvəz edilib. Elə həmin illərdə universitet məzunlarına tələbat 3,6 faiz artıb.

Beynəlxalq Robototexnika Federasiyası Çinin avtomatlaşdırma sahəsində qlobal liderə çevrildiyini qeyd edib.

Federasiya prezidenti Joe Gemma: ''Çinin illik satış və əməliyyat ehtiyatlarına söykənərək dünyanın ən böyük robot bazarına sahib olduğu görünür. Eyni zamanda bura dünyanın ən sürətli böyüyən bazarıdır", - deyə bildirib.


Etiketlər:  Çinin işçi qüvvəsinin faizi robotlar olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ