Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuq qışın başımıza bəla olan xəstəlikləri - MƏSLƏHƏT

Soyuq qışın başımıza bəla olan xəstəlikləri - MƏSLƏHƏT

Tarix: 3 Yanvar 2020 15:50

Havaların soyuması ilə əlaqədar bədən temperaturu soyuğa uyğunlaşa bilmir. Buna görə də orqanizmdə mövcud olan xəstəliklər qışda daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti sistit, angena, tənəffüs çatışmazlığı və digər xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, çoxları qış xəstəliklərinin öz-özünə keçəcəyinə ümid edərək, onlara fikir vermir. Amma unutmayaq ki, qış mövsümündə başlayan xəstəliklər bütün dünyada ən çox rast gəlinən və ən çox iş qüvvəsi itkisinə səbəb olan xəstəliklərdir.  

Soyuqdəymədən yaranan sistit

Soyuq havalarda ən çox rastlanan xəstəliklər sırasında sistitin adı ilk sıralardadır. Sistit sidik kisəsinin selikli qişasının iltihabıdır. Sistit xəstəliyinə daha çox qadınlarda rast gəlinir. Kişilərdə isə daha çox xroniki sistit olur. Sistitin yaranmasına səbəb kiçik çanaqda və sidik kanalının divarlarında qan dövranının pozulması, immunitetin aşağı düşməsi, infeksiya və soyuqdəymədir.

Əlamətləri
Sistit zamanı xəstə tez-tez sidiyə gedir, sidik kisəsində kəskin ağrılar olur. Ağır formada olanda isə xəstədə bədən temperaturu artır, hər 15-20 dəqiqədənbir sidiyə gedir, ürəkbulanma olur.
Əgər xəstəliyin yaranmasına səbəb infeksiyadırsa, onda qadın həm də genekoloq müayinəsindən keçməlidir.

Məsləhət:
Sistiti müalicə etmək üçün öncə dar şalvar və ya alt paltarı geyinməmək lazımdır. Əgər işin oturaqdırsa hər 1,5 saatdanbir 5 dəqiqə ayaqüstdə durub, dincəl. Kəskin ədviyyatlı yeməklərdən uzaq ol. Əgər qəbizlik varsa, qida rasionuna çoxlu meyvə və tərəvəz daxil et. Hərarət qalxanda isə ancaq su içmək lazımdır.
· 1 stəkan yulaf toxumunu 2 stəkan suya töküb, qatılaşana kimi qaynat. 1 xörək qaşığı bal qatıb qarışdır. Gün ərzində 3 dəfə ½ stəkan qəbul et.
· Əczaxanada satılan çobanyastığı qurusundan (20 qram), nanə (15 qram) və ağcaqovaq ağacının qurusundan (20 qram) götürüb qarışdır. Ondan bir xörək qaşığı götürüb, 200 ml. suda 3-4 saat vam odda dəmə qoy. Gün ərzində yeməkdən əvvəl 4-5 dəfə 100 ml. qəbul et.  

Səsli-küylü xəstəlik - menyer

Qışın soyuğunda özünü büruzə verən xəstəliklərdən biri də menyerdir. Menyer daxili qulağın qeyri-iltihabi xəstəliyidir. Bu xəstəliyin geniş yayılmasına baxmayaraq onun səbəbləri hələ də tam olaraq aydınlaşdırılmayıb. İlkin variantlara görə xəstəliyin yaranmasına səbəb soyuqdəymədir. Qulaqlarda qan dövranı pisləşir. Allergik reaksiyalar menyer xəstəliyinin inkişafında müəyyən rol oynayır. Menyer xəstəliyi daha çox klimakterik dövrdə aşkarlanır.

Əlamətləri
Xəstəlik zamanı qulaqda güclü küy olur. Xəstə başgicəllənməsindən, ürəkbulanmasından, zəif eşitmədən şikayətlənir. Dəri örtüyü ağarır, nitq pozulur. Getdikcə isə karlaşma başlayır. Menyer zamanı qulaqda damar genişlənməsi olur və güclü ağrılar başlayır. Daxili qulaq şişməyə başlayır. Bu, sinir sisteminə də təsir edir. Tutmalar zamanı sakitləşdirici və allergiya əleyhinə vasitələrdən istifadə olunur. Əgər müalicə bir nəticə verməsə, bu zaman cərrahi müdaxilə edilir. Menyerin simptomları özünü gecə və səhər yuxudan ayılanda göstərir.

Məsləhət:
Menyer zamanı rasionda süd və bitki qidasını çoxaltmaq lazımdır.
Tibet üsulu ilə müalicə
· Çobanyastığından 100 qr., qaxotundan 100 qr., solmaz çiçəyindən 100 qr., tozağacından 100 qr., çiyələk yarpağından 100 qr. götürüb qarışdır. Qarışıqdan 2 xörək qaşığı götürüb, 2 stəkan qaynar suya əlavə edib, termosa tök və səhərə kimi saxla. Səhər yeməyindən sonra 200 ml. iç.

Soyuq əllər


Etiketlər:  Soyuq qışın başımıza bəla olan xəstəlikləri MƏSLƏHƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ