Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 00:02
Sonxeber.net dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - həyat potensialı aşağıdır. Lakin yük də o qədər çox deyil. Yaxın səfərlər planlaşdırmaq olar. Böyük səyahətlərə başlamaq üçün isə əlverişli gün deyil. Görüşlər üçün münasib gündür. Lakin yeni tanışlıqlara yox, az-çox tanıdığınız adamlara üstünlük verməyiniz məsləhətdir. Ailə işləri ilə məşğul olmaq olar. Lakin nəzərdə saxlayın ki, müxtəlif nəsillərin nümayəndələrinə bir-biriləri ilə dil tapmaq çətin olacaq.
Buğa - günün emosional fonu sabit deyil. Əsəb sisteminə ağır yük özünüzü pis hiss etməyinizlə nəticələnə bilər. Stresə qarşı masaj seansları və ya SPA prosedurlarından istifadə etmək olar. Od bürcləri - Qoçlar, Oxatanlar və Şirlər isə istisnadır. Fiziki iş və idmanla məşğul olmaq onlar üçün faydalıdır.
Əkizlər - sizi daha bir uğurlu gün gözləyir. Maliyyə perspektivləri əlverişlidir. Gəlirlərinizin əhəmiyyətli dərəcədə artmasına və daha yüksək maaşlı işə keçməyə nail ola bilərsiniz. Layihələrinizi dəstəkləməyə, sizin biznesinə vəsait qoymağa hazır olan adamlar ortaya çıxacaq.
Sizin uğura inamınız sarsılmazdır. Gün uşaqlarla ünsiyyət üçün əlverişlidir. Sevdiyiniz şəxlə görüş çoxlu xoş dəqiqələr bəxş edəcək.
Xərçəng - sabit emosional fon komfortlu ünsiyyəti təmin edir. Qarşılıqlı anlaşma olmasa da, münaqişələr də olmayacaq. Romantik görüşlərə böyük ümidlər bəsləməyə dəyməz. Lakin müxtəlif dostluq tədbirləri (birlikdə teatra getməkdən tutmuş təbiət qoynuna atılmaq və aktiv istirahətə qədər) çox yaxşı keçəcək.
Şir - gün çətinliklər gətirəcək, baş çıxarmaq mümkün olmayan şərait yaranacaq. İşdə və evdə münaqişələr mümkündür. Münaqişələrə bilmədən şərait yaradırsınız - beyninizə gələni danışırsınız və insanlar nədənsə inciyirlər. Həssas və kövrək insanlarla ünsiyyət çox çətindir.
Günün ikinci yarısında özünüzü rahat hiss etməyə başlayacaqsınız. Bu zaman bütün anlaşılmazlıqlar üzə çıxacaq, əvvəllər eyhamlarla kifayətlənən şəxslər açıq danışmağa başlayacaqlar. Bundan sonra planlar cızmaq olar.
Qız - günün əhəmiyyətli hissəsini kifayət qədər maraqsız və sevmədiyiniz işə sərf etməli olacaqsınız. Nə etmək olar? Bəzən zövqümüzə uyğun olmayan işlərlə məşğul olmaq lazım gəlir. Pis olan odur ki, həm vəziyyətə, həm də ətrafdakılara hirslənirsiniz. Siz olan yerdə vəziyyət gərginləşir. Sizinlə yanaşı dayanmaq da çətindir.
Yaxın adamla açıq söhbətdən sonra vəziyyət bir qədər dəyişəcək. Siz sakitləşəcək və gələcəyə böyük nikbinliklə baxmağa başlayacaqsınız. Ən azı, sizə artıq elə gəlməyəcək ki, tezliklə hansısa faciə baş verməlidir.
Tərəzi - sizi çox şey vəd edən əla gün gözləyir. Səfərlər, istirahət və əyləncə ilə bağlı çoxdankı planlarınızı reallaşdıra biləcəksiniz. Bu günə romantik görüşlər təyin etmək olar. Bu görüşlər istədiyiniz kimi keçədək. Hədiyyələr, sürprizlər, təklif və dəvətlər istisna deyil. İstənilən kübar tədbirdə diqqət mərkəzində olacaqsınız.