Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 11:12
Transfermarkt portalı 2019-cu ildə dünya futbolunda stadionlarda ən çox tamaşaçının izlədiyi 10 matçın siyahısını açıqlayıb.
Qol.az xəbər verir ki, 2018/19 mövsümü Çempionlar Liqasının 1/2 final mərhələsinin “Barselona” - “Liverpul” matçı birinci olub. “Nou Kamp”dakı bu qarşılaşmanı 98 min 299 tamaşaçı arenada izləyib. Bu görüşdə kataloniyalılar 3:0 hesabı ilə qalib gəlib.
Portalın tərtib etdiyi tam siyahı isə aşağıdakı kimidir:
1. «Barselona» - «Liverpul» («Nou Kamp», Barselona, 1 may) - 98 299 tamaşaçı
2. «Kayzer Çifs» - «Orlando Payrets» («Sokker Siti», Yohannesburq, 9 noyabr) - 88 000 tamaşaçı
3. «Mançester Siti» - «Uotford» («Uembli», London, 18 may) - 85 854 tamaşaçı
4. İl ərzində «Siqnal İduna Park»da (Dortmund) keçirilən bir neçə oyun - 81 365 tamaşaçı
5. «Real» - «Barselona» («Santyaqo Bernabeu», Madrid, 27 fevral) - 80 472 tamaşaçı
6. İl ərzində “Azadi” (Tehran) stadionunda keçirilən bir neçə oyun - 80 000 tamaşaçı
7. Fransa - Albaniya ( «Stad de Frans», Sen-Deni, 7 sentyabr) - 78 000 tamaşaçı
8. «Milan» - «İnter» («San-Siro», Milan, 17 mart) - 77 749 tamaşaçı
9. İl ərzində “Alyans Arena”da (Münhen” keçirilən bir neçə oyu - 75 000 tamaşaçı
10. «Herta» - «Borussiya» D («Olimpiya stadionu», Berlin, 16 mart) - 74 667 tamaşaçı