Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 13:36
Qasım Süleymaninin öldürülməsinin gözlənilməz nəticələri olacaq.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Çeçenistan lideri Ramzan Kadırov bunu Teleqram kanalında yazıb.
"ABŞ-ın hərəkətləri Yaxın Şərqdə gözlənilməz nəticələrə səbəb ola bilər. Heç kim buna laqeyd qala bilməz", - R.Kadırov bildirib.
General Q.Süleymani və "Əl-Qüds" briqadasının daha dörd yüksək rütbəli zabiti yanvarın 3-nə keçən gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.