Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jeff Bezosun 1999-cu ildə etdiyi və doğru çıxan 8 təxmini

Jeff Bezosun 1999-cu ildə etdiyi və doğru çıxan  8 təxmini

Tarix: 4 Yanvar 2020 19:40

Jeff Bezos, Amazon'un qurucusu və icraçı direktoru 1999-cu ildə bir chat proqramında "İnsanların onlayn olaraq internetdə ala biləcəkləri hər şeyi tapmaq və kəşf etmək üçün gələbiləcəkləri bir yer qurmaq istəyirik" demişdi.

Jeff Bezos, fiziki mağazaların ən azı iki əsas xüsusiyyətdən birini təmin edəcəyi təqdirdə yaşaya biləcəyini proqnozlaşdırmışdı: əyləncə dəyəri və dərhal rahatlıq.

Amazonun qurucusu 1999-cu ildə "internetə bağlı bir çox kiçik şeyin olacağına böyük inamım var. Bir növ şəbəkəli çox şey olacaq" demişdi.

Bezos, bundan 20 il əvvəl rəqəmsal reklam sayəsində markaların reklamlarını doğru auditoriyaya yönəldə biləcəyini və reklamları müştərilər üçün daha mənalı edə biləcəyini söyləmişdi.

20 il əvvəl, Amazon, inkişaf edən elektron ticarət bazarına rəhbərlik edən beş illik bir müəssisə idi. O dövrdə Amazon, işlərini kitablardan kənarda daha da genişləndirməyə başlamışdı və şirkətin qurucusu Jeff Bezos, Amazon'u insanların hər şeyi ala biləcəyi bir bazara çevirmək niyyətində idi. Əlbəttə ki, belə bir nəhəng bir şirkət qurmaq üçün son dərəcə güclü uzaqgörənlik qabiliyyəti və gələcəyi yaxşı oxumaq lazımdır. Jeff Bezos da eyni qabiliyyətə sahib idi. Çünki 20 il əvvəl gələcəyə dair bəzi proqnozlar verdi və bu proqnozlar reallaşdı. Business Insider-in məqaləsinə görə, Amazon-un qurucusu və dünyanın ən zəngin insanlarından biri olan Jeff Bezos 1999-cu ildə səkkiz doğru qiymətləndirmə aparıb:

Amazon = İnsanların hər şeyi ala biləcəyi bir bazar yeridir

Sonxeber.net facemark.az-a istinadən bildirir ki, Jeff Bezos, 1999-cu ildə bir söhbət proqramında "insanların onlayn olaraq internetdə ala biləcəkləri hər şeyi tapmaq və kəşf etmək üçün gələbiləcəkləri bir yer qurmaq istəyirik" demişdi. İllər keçdikcə Bezosun bu proqnozu reallaşdı. NPR və Marist şirkətləri tərəfindən aparılan bir 2018-ci il araşdırmasına görə, onlayn alış-veriş edən insanlar tez-tez Amazon-dan alış-verişə başlayırlar.

Ticarət mərkəzlərinin yox olması

1999-cu ildə Bezos, "Ticarət mərkəzləri tarixdir" xüsusilə son illəri nəzərə alsaq deyə bilərik ki, Amazon-un qurucusu bu məsələdə də haqlı oldu əsaslandırdı. ABŞ-da pərakəndə satış sektorunun dağılması səbəbiylə son bir neçə ildə ticarət mərkəzlərindəki minlərlə mağaza bağlandı və hələ də bağlanır. İsveçrədə fəaliyyət göstərən Credit Suisse maliyyə xidmətləri şirkətinin 2017-ci ildəki hesabatına görə, 2022-ci ilə qədər ticarət mərkəzlərinin 20% -dən 25%-ə qədərinin bağlanması gözlənilir.

Fiziki mağazaların yaşaması üçün lazımi iki element

Bezos, fiziki mağazaların yalnız iki əsas xüsusiyyətdən ən az birini təmin etdiyi təqdirdə yaşaya biləcəyini proqnozlaşdırmışdı: əyləncə dəyəri və dərhal rahatlıq. Həmin illərdə Amerikanın "Wired" jurnalına verdiyi açıqlamada Bezos əyləncənin dəyərinin kinoteatrlar kimi yerlərin niyə itirilməyəcəyinə cavab olduğunu söylədi.

İndiki vaxtda bir çox ticarət mərkəzləri və pərakəndə satış şirkətləri, müştəriləri fiziki mağazalara cəlb etmək üçün yüksək texnoloji təcrübə təqdim edərək Bezosun diqqət çəkdiyi iki ünsürdən birini təmin etməyə çalışırlar. Bu vaxt Bezos Amazon üçün bu ani rahatlığı təmin etmək istədi, buna görə ABŞ-ın ən böyük supermarket şəbəkələrindən biri olan Whole Foods-ı satın aldı və Amazon Go kimi fiziki pərakəndə mağazalarını sınamağa başladı.

Əşyaların İnterneti

1999-cu ildə Amazon-un qurucusu dedi: "internetə bağlı çox sayda kiçik şeyin olacağına inanıram. Bir növ şəbəkə ilə əlaqəli bir çox şey olacaq". Göründüyü kimi, 20 il əvvəl əşyalar internetini proqnozlaşdırmışdı. Hal-hazırda Amazon Echo dinamikləri, fişlər, saatlar, mikrodalğalı sobalar və ev təhlükəsizlik sistemləri kimi Alexa ilə təchiz edilmiş ağıllı ev cihazlarını satışa çıxarır.

Amazon kitab biznesinin kənarına çıxması

1999-cu ildə Amazon və Barnes & Noble kitab satışında birbaşa rəqib kimi göstərildi. O vaxt Jeff Bezos Wired jurnalına bir açıqlama verdi:

"Bəhsə girərəm ki, bundan bir il sonra bizi birbaşa rəqib kimi görməyəcəklər. Aydındır ki, bu gün görürlər, amma biz fərqli yollardayıq. Elektron ticarətin gələcəyini qurmağa çalışırıq və onlar yalnız ərazilərini müdafiə edirlər".


Etiketlər:  Jeff Bezosun 1999 ildə etdiyi doğru çıxan təxmini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ