Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanın su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı tədqiqat aparılıb

Naxçıvanın su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı tədqiqat aparılıb

Tarix: 5 Yanvar 2020 11:28

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu “Naxçıvan MR-nın su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadəsi” mövzusunda tədqiqat aparıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiq olunan ərazi çaylarının və onların hövzələri haqqında 1960-cı ilə qədər, 1961-1990 və 1991-2015-ci illər arası dövrlərdə çaylar üzərində su ölçən məntəqələrin məlumatları hesablanıb:

"Ərazinin demək olar ki, 66%-dən çoxu dəniz səviyyəsindən 1000 m-dən yuxarıda yerləşir. Ərazinin Araz boyunca uzanan hissəsi 600-1400 m hündürlükdədir. Ərazinin dənizlərdən uzaq, hər tərəfdən dağlarla əhatə olunması, relyefin kəskin kontrastlığı və çayların yuxarı hissələrində torpaq örtüyünün zəif inkişaf etməsi buranın hidroqrafiyasının müxtəlifliyinə səbəb olub. Yeni metodla su balansının qiymətləndirilməsində əsas göstəricilərdən sayılan landşaftlar kosmik şəkillərin emalı yolu ilə, DEM məlumatlar GİS imkanları hesabına araşdırılıb. Ərazidə yayılan torpaqların qranulometrik tərkibinin metodun baza məlumatlarına uyğunlaşdırılması məqsədilə onların növ və fraksiya tərkiblərinə görə qruplaşdırılması aparılıb".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Naxçıvanın ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı tədqiqat aparılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ