Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 14:00
Bakı. Trend:
Mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan deputat Pərvin Kərimzadə deyib.
Millət vəkilinin sözlərinə görə, bu aksiya cəhdi ilə onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri yuyurlar: "Kadrlardan da görünür ki, “plintus” səviyyəli, mağara təfəkkürlü bu qaragüruhçular nə qədər cılız, səviyyəsiz, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli hissiyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar. Onlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə çalışır, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar".
P.Kazımzadə vurğulayıb ki, onlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər:
"3-4 nəfər mənəviyyatsız erməni köləsinin etiraz təşkil etmək cəhdi onların iddialarının kimsə tərəfindən dəstəklənmədiyinə əyani sübutdur. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətini artıq gizlətmirlər və pərdələməyə çalışmırlar. Çox təəssüf ki, erməni puluna öz dövlətini və xalqını gözdən salmağa çalışan bu kimi ünsürlər hələ də tapılır. Onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin