Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 14:00
Mənim bir dostum var, çox hörmətli bir insandır. Çıxartdı mənə bir saat bağışladı.
Sonxeber.net xəbər verir ki, bu sözləri "Hər şey daxil"də Tarix Əliyev (Tolik) deyib.
Aparıcı ona verilən hədiyyənin originallığını gizli yoxlatmaq istəsə də biabır olduğunu bildirib:
"Mən o saatın əslində originalını istəmirdim, onun "A Class"ını istəyirdim. Çünki originalı baha idi. O, saatı verdi mənə və dedi ki, bu saat originaldır. Mən eləmə tənbəllik, getdim o saatı yoxlatdırım. O satıcı da bilər ki, bu saatın 3 dənəsini bu adam alıb. Götürər o adama zəng vurar ki, Tolik gəlib saatın originallığını yoxlatdırdı. O adam da mənə zəng vurdu ki, "Ayıbdır, mənim adım-sanım var. Mən sənə dedim axı originaldır". Baxma da, adama qəribə gəlir ki, doğurdanmı bu hədiyyəni adama verirlər".
Məhəmməd Vaqif