Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 15:04
Bakı. Trend:
Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutu ilə Azərbaycanın Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, institutun direktoru Valeri Kopeyka çıxışında bildirib ki, Anlaşma Memorandumu iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək. Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu deyən V.Kopeyka bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının təcrübəsinin azərbaycanlı həmkarları ilə bölüşməkdə maraqlıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri də gənclərin təhsilinin yüksəldilməsi olduğunu vurğulayan ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilməli və təcrübə mübadiləsi aparılmalıdır. A.Xudiyev Azərbaycanla Ukrayna arasında səmərəli əlaqələrin mövcudluğunu və təhsil sahəsinin bu əlaqələrdə xüsusi yeri olduğunu qeyd edib.
Anlaşma Memorandumunda təcrübə müəllim və tələbə mübadiləsi də nəzərdə tutulub.
Görüşün sonunda səfir institutun direktoruna “Naxçıvan: şərqin əfsanəsi” kitabını hədiyyə edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin