Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məmmədyarov: Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır

Məmmədyarov: Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır

Tarix: 14 May 2019 15:20

Bakı. Trend:

Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı”nın onilliyinə həsr olunmuş konfrans çərçivəsində panel müzakirələri zamanı deyib.

Nazir bildirib: “Biz özümüzü nə barədə danışdığımızı, parametrləri, prinsipləri bilməməyimiz haqqında aldatmamalıyıq. Hamı nə baş verdiyini, təkcə iki ölkədə deyil, həm də həmsədr ölkələrin paytaxtlarında planların nələr olduğunu bilir. Lazım olan tək şey siyasi iradədir”.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məmmədyarov Ermənistan Azərbaycan substantiv danışıqlara başlamalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ