Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avrokomissar: Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlıq hələ yeni başlayır

Avrokomissar: Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlıq hələ yeni başlayır

Tarix: 14 May 2019 17:51

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında birgə iş on ilin tamamında bitməyib, əksinə yeni başlayır.

Trend-in məlumatına görə, bunu Aİ-nin genişlənmə məsələləri və qonşuluq siyasət üzrə komissarı Yohannes Han Brüsseldə “Şərq Tərəfdaşlığı”nın onilliyinə həsr olunmuş konfrans çərçivəsində panel müzakirələri zamanı deyib.

O bildirib ki, 10 il ərzində çox iş görülüb:

“Onillik əməkdaşlıq müddətində bizim işimiz bitməyib, əksinə, iş hələ yeni başlayır. Söhbət islahatların reallaşdırılmasından, bütün imkanların istifadə olunmasından gedir. Son 10 il müddətində Aİ işgüzar mühitin möhkəmlənməsinə, rəqabətqabiliyyətliliyin artırılmasına mühüm vəsait yerləşdirib”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avrokomissar ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq hələ yeni başlayır


RƏYLƏR