Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Facebook, Uber kimi ideyaları necə tapmaq olar?

Facebook, Uber kimi ideyaları necə tapmaq olar?

Tarix: 7 Yanvar 2020 22:52

Bir çox insan startap dünyasına qatılmaq istəyir. Ancaq ideya tapmaqda çətinlik çəkirlər. Ümumiyyətlə ideya tapmaq asandırmı? Mark Zükerberq Facebooku, Ceret Kamp Uber kimi ideyaları necə tapıblar? Bu yazımızda sizə ideyaların necə tapılması haqqında məlumat verəcəyik.

Ən yaxşı ideyalar problemləri həll edəndir!
Milli.Az techland.az-a istinadən bildirir ki, ilk öncə hər gözəl ideyanın arxasında dayanan əsas prinsip o ideyanın problem həll etmə yönümlü olmasıdır. Bunun üçün də ortada hər hansı bir problem və bu problemi həll edə biləcək bir ideya olmalıdır. Əgər sizin ideya heç bir problemi həll etmirsə bu ideya uzunmüddətli şəkildə dayanıqlı ola bilməz.

Qarşınıza çıxan problemləri qeyd edin!
Not dəftəri tutun və qarşınıza çıxan problemləri orada qeyd edin. Bu problemlər hər gün qabağınıza çıxan və kaş bunun bir həlli olardı dediyiniz məsələlər olmalıdır. Məsələn, soyuq havada avtomobilin qızmasını gözləməkdən nifrət edirəm və ya daha ucuz səyahət etmək istəyirəm kimi problemlər...

Sizi ən çox narahat edən problemlərin həllini tapın!
Qeyd etdiyiniz problemləri necə həll edə biləcəyinizi düşünün. Bununla yanaşı bu problemi həqiqətən də həll etmək istədiyinizə qərar verin. Çünki startap qurmaq və onu inkişaf etdirmək asan deyil. Ancaq inandığınız bir fikir və motivasiyanız varsa uğurlu olmaq ehtimalınız daha çoxdur.

Öyrən, daha çox öyrən!
Uğurlu olacağına inandığınız ideya tapsanız bununla bağlı hər şeyi araşdırmağa və öyrənməyə başlayın. Bu mövzuda bütün yeni məlumatlara açıq olun. Bu həm sizin həmin sahədə daha məlumatlı olmağınıza, həm də gələcəkdə qarşınıza çıxacaq problemləri daha tez həll etməyinizə yardımçı olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Facebook Uber kimi ideyaları necə tapmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ