Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 23:20
Qrafen atom qatından ibarət olan ən davamlı materiallardan biridir. Bu material ilk növbədə miniatür sensorlar da daxil olmaqla elektron komponentlərin yaradılması üçün istifadə olunur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, tədqiqatçılar ikiqat qrafeni güclü almaz qatına çevirməyin yolunu tapıblar.
Qeyri-adi materialın inkişafı 2017-ci il dekabrın sonlarından başlayıb. Yeni metod mis və nikelin substratında hazırlanmış ikiqat qrafenin xüsusiyyətlərini qorumağa imkan verir. Bunun üçün alimlər atomlar arasında güclü bağlar yaradan maddədən istifadə ediblər.
Almaz qatını "F-diamen" adlandırıblar. Alimlər bunun çox davamlı elektron komponentlər yaratmaq üçün istifadə edilə biləcəyini bildiriblər.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet