Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək

Bu ölkə altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək

Tarix: 8 Yanvar 2020 07:22

Finlandiya ölkənin yeni Baş Naziri Sanna Marin tərəfindən hazırlanmış planlara müvafiq olaraq altısaatlıq iş günü və dördgünlük iş həftəsi tətbiq edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 34 yaşlı Sanna Marinin fikrincə, bu, əməkçilərin öz ailələri ilə daha çox vaxt keçirmələrinə imkan verəcək. Hazırda Finlandiyada normal iş praktikası gündə səkkiz saat, həftədə beş gün işdir. Lakin ölkənin yeni Baş Naziri ölkədə çevik iş qrafiki tətbiq etmək təşəbbüsünü irəli sürüb. Belə iş qrafikinə altısaatlıq iş günü, dördgünlük iş həftəsi daxildir. Sanna Marin deyib: "Hesab edirəm ki, insanlar öz ailələri ilə daha çox vaxt keçirməyə, sevimli məşğuliyyətlərinə və mədəniyyət kimi həyatın digər aspektlərinə daha çox vaxt ayırmağa layiqdirlər".

Qeyd edək ki, Sanna Marin Baş Nazir vəzifəsindən əvvəl Finlandiyanın Nəqliyyat naziri vəzifəsini tutub. O, bu vəzifədə olarkən də daha qısa iş həftəsini dəstəkləyib.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  ölkə altısaatlıq günü dördgünlük həftəsi tətbiq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ