Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfurə Türkiyədə şirkət açıb

Səfurə Türkiyədə şirkət açıb

Tarix: 8 Yanvar 2020 13:55

"Eurovision" təmsilçilərimizdən olan Səfurə Əliyeva Türkiyədə özünə daha bir biznes qurub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bundan əvvəl qalereya açan keçmiş müğənni indi də "Saf danışmanlık" adlı ailə şirkəti yaradıb.

Səfurənin sahibi olduğu şirkətdə evlərdə lazım olan xidmətlər göstərilir. Onlar ailələrə dayə, xadimə tapmaqda yardım edir. Şirkət tək Türkiyədə yox, Avropa və ABŞ-da da fəaliyyət göstərir.

Qeyd edək ki, Səfurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. O, ərə gedəndən sonra Türkiyəyə köçüb. Fərhad və Səfurə cütlüyünün üç övladı var.

Milli.Az

  Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Səfurə Türkiyədə şirkət açıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ