Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

MBA oyunçuları Avstraliyada yanğınlara qarşı mübarizə üçün 750 min dollar ianə veriblər

MBA oyunçuları Avstraliyada yanğınlara qarşı mübarizə üçün 750 min dollar ianə veriblər

Tarix: 8 Yanvar 2020 21:36

Milli Basketbol Assosiasiyasının (MBA) avstraliyalı oyunçuları öz ölkələrində meşə yanğınlarına qarşı mübarizə məqsədilə 750 min dollar ianə veriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məbləği avstraliyalı 9 basketbolçu - Aron Beyns ("Finiks"), Cona Bolden və Ben Simmons (hər ikisi - "Filadelfiya"), Rayan Brokhoff ("Dallas"), Metyu Dellavedova və Dante Ekzam (hər ikisi - "Klivlend"), Co İnqls ("Yuta"), Ton Meyker ("Detroyt") və Patrik Mills ("San-Antonio") ödəyib.

Avstraliyanın şərq sahillərində genişmiqyaslı meşə yanğınları keçən il oktyabrın ortalarında başlayıb. İndiyə qədər qitənin şərqindəki Yeni Cənubi Uels və Viktoriya ştatlarında xeyli ərazi od içindədir, cənub sahillərində bir neçə region turistlər üçün bağlanıb, yerli sakinlərə isə təcili təxliyə olunmaq barədə göstəriş verilib. Yanğınlar nəticəsində 6,5 milyon hektardan çox meşə, 2 minə yaxın yaşayış evi, inzibati və təsərrüfat təyinatlı 3 minə yaxın tikili məhv olub. 2019-cu ilin fevralından bu günə qədər yanğın nəticəsində 25 nəfər, o cümlədən 3 yanğınsöndürən həlak olub.

Milli.Az


Etiketlər:  MBA oyunçuları Avstraliyada yanğınlara qarşı mübarizə üçün 750 min dollar ianə veriblər


RƏYLƏR